Kafe və restoranlarda qiymətlər bahalaşdı
Tarix: 3-01-2023, 08:40
Baxılıb: 1 909
Google+ Paylaş
Tumblr Paylaş

Kafe və restoranlarda qiymətlər bahalaşdı

3-01-2023, 08:40

Bakıda fəaliyyət göstərən restoranlarda qiymətlər günü-gündən artmaqda davam edir. Artım xüsusilə bayram günləri daha çox hiss edilir.

Müştərilər kabablar və digər qidalarda kəskin bahalaşma olduğunu deyir.

Bundan başqa, bəzi restoranlar depozit tələb edirlər ki, bu da həddindən artıq yüksək olur.

Restoran müdiri Fərid Adıgözəlov obyektdə depozit olmadığını bildirib. O, buna baxmayaraq, bahalaşmanın olduğunu və onun səbəblərini açıqlayıb.

Bildirilir ki, restoranda müştərilərə verilən mevə-tərəvəz, eləcə də ətlərin ən keyfiyyətlisi seçilir. Bu da qiymətin daha yüksək olmasının səbəbidir.

Həmçinin işçi xərclərinin də günü-gündən artdığı bildirilir.

Restoran işlədən şəxslər deyirlər ki, qida məhsullarının qiyməti daha da artarsa, yeməklərin bahalaşması davam edəcək

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ