Almaniyanın Reynland-Pfalts əyalətinin Vestervald bölgəsindəki Vaytefeld qəsəbəsində bir ailənin üç üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.
AzərTac xəbər verir ki, 61 yaşlı şübhəli şəxsin – Aleksandr Maysnerin axtarışlarına xüsusi təyinatlı qüvvələr də cəlb olunub. Polis və təhlükəsizlik qüvvələri şahidlərin və kənd sakinlərinin verdikləri məlumatlar əsasında fasiləsiz axtarış-əməliyyat tədbirləri həyata keçirirlər.
Xatırladaq ki, aprelin 6-da Vaytefeld qəsəbəsində bir evdə üç nəfərin – 47 yaşlı ata, 44 yaşlı ana və onların 16 yaşlı oğullarının cəsədləri tapılıb. Təxminən 2200 nəfərin yaşadığı qəsəbədə baş vermiş bu hadisədən sonra sakinlər arasında qorxu və narahatlıq hökm sürür. İnsanlar A.Maysnerin əvvəllər bir sıra qonşuları ilə problemlər yaşadığı kəndə yenidən qayıdacağından qorxurlar.
Cinayətkarın yaxalanması üçün əraziyə peşəkar xüsusi təyinatlılar və müvafiq texniki vasitələr cəlb edilib. Əməliyyatlara polis helikopterinin cəlb ediləcəyi də ehtimal olunur. Polis şübhəli şəxs barədə operativ məlumat verilməsi üçün “qaynar xətt” yaradıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi