Nərimanov rayonunda xanım müştəri onu söyən taksi sürücüsünü məhkəməyə verib.
AvroMedia.az-ın məlumatına görə, Samirə Əsgərova (ad-soyad şərti-red) hakimdən sürücünün cəzalandırılmasını xahiş edib.
Hadisəyə gəlincə, protokoldan görünür ki, Samirə taksiyə əyləşdikdən sonra maşının qapısını bərk örtüb. Sürücü ona yavaş olmasını dedikdə isə o, “yaxşı edirəm, mən evdə də qapını belə örtürəm”, - deyərək təkrar qapını açıb və daha möhkəm çırpıb. Müştərinin hərəkətlərindən əsəbiləşən sürücü “siz dəlisiniz?!” deyə sual edib və sərnişini söyüb.
Bundan sonra xanım şikayət edib.
Nərimanov Rayon Məhkəməsi taksi sürücüsünün hərəkətini xırda xuliqanlıq kimi qiymətləndirib. Sürücü 50 manat cərimə olunub.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu