Gözəllik salonunda baş verən cinayət işinin araşdırması davam edir
Tarix: 27-10-2023, 14:33
Baxılıb: 2 550
Google+ Paylaş
Tumblr Paylaş

Gözəllik salonunda baş verən cinayət işinin araşdırması davam edir

27-10-2023, 14:33

Ötən gün Xətai rayonu ərazisində yerləşən “SP beauty” gözəllik salonunda qətl hadisəsi baş vermişdi.

Avromedia.az xəbər verir ki, 41 yaşlı Zamin Tanrıverdiyev keçmiş həyat yoldaşı Pərvanə Məhərrəmovanı kəsici-deşici alətlə öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Cütlük bir neçə il əvvəl ayrılıblar. Boşanandan sonra Pərvanə Məhərrəmova iki qızı ilə kirayədə yaşayıb.

Dırnaq ustası olan Pərvanə Məhərrəmova yaşadığı yerin yaxınlığında olan salonda işləyib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ