DGK generallarının həbs müddəti uzadıldı
Tarix: 5-01-2023, 11:25
Baxılıb: 2 070
Google+ Paylaş
Tumblr Paylaş

DGK generallarının həbs müddəti uzadıldı

5-01-2023, 11:25

Dövlət Gömrük Komitəsinin (DGK) həbsdə olan iki generalının həbs müddəti uzadılıb.

Səbail rayon məhkəməsində DGK yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru, general Ehtiram Xəlilov və Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi, general Məsum Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə baxılıb.

Prosesdə istintaq orqanının vəsatətləri təmin edilib, Ehtiram Xəlilov və Məsum Rəsulovun həbs müddətləri 3 ay uzadılıb.

Xatırladaq ki, Ehtiram Xəlilov və Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatlarla həbs olunublar.

Onlar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunublar.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ