"Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”-HÜSEYN CAVİD
Tarix: 2-03-2024, 21:32
Baxılıb: 3 137
Google+ Paylaş
Tumblr Paylaş

"Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”-HÜSEYN CAVİD

2-03-2024, 21:32

“Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”
Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsasını qoyan, milli romantik şeirin və mənzum faciənin banisi olan Hüseyn Cavid deyirdi : “Qadın gülərsə şu issız mühitimiz güləcək Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”. Bəli həyat varsa qadın da vardır. Çünki  qadın əzim kimi qərarlı, qürur kimi ərdəmli və vətən kimi müqəddəsdir. Yaradılışın açarıdır qadın, insanoğlunun anasıdır, qüdrətdir, diləkdir, namusdur , vicdandır qadın.
Hər zaman o incə ruhunda bir təlaş vardır. Çünki o ətrafında olan bütün həyatlara çata bilmək üçün oyanır hər səhər. Övlada, ataya, dosta, tanışa dərmandır, məhrəmdir, təsəllidir, ümiddir, şəfadır qadın. Ən dözülməz ağrılarımızı bir qucaqlamasıyla unutduran Anadır qadın . Qaranlıq zehnimizi bizə öyrətdiyi biliklərlə aydınladan, mürəkkəb bulaşmış əlləriylə saçımıza sığal çəkən müəllimədir qadın. Öz sevgisiylə, mərhəmətiylə, şəfqətiylə xəstələrini sağaldan həkimdir qadın. Möhkəm iradəsiylə, əzmiylə, cəsarətiylə, tariximizə adını yazdıran Tomrisdir qadın.
Qadınlara olan bu sevgini göstərmək üçün mart ayının 8 – i bütün dünyada “ Beynəlxalq qadınlar “ günü kimi qeyd olunur. Mən də vətənimin məğrur qadınlarını, Mübarizləri, Poladları dünyaya gətirən, Vətən müharibəsində canından keçməyi gözə alan igidləri, Şuşa döyüşündə dağları aşaraq süngü-bıçaqla düşmənə qan udduran oğulları böyüdən anaları təbrik edirəm . Çünki siz Azərbaycan qadının obrazını şərəflə bütün dünyaya tanıtdınız. Bizlər sizin məğrur duruşunuzdan güc aldıq. Sizin kimi analarımız olduğu üçün biz hər zaman məğlubedilməz olacağıq. Yalnız bir gün deyil bütün günlər sizə məxsusdur. Çünki biz sizin sevginizlə nəfəs alırıq. Bayramınız mübarək vətənim Azərbaycanın vüqarlı, qürurlu qadınları !
                        Songül Allahverdiyeva
A.Hüseynzadə adına 20 nömrəli 
məktəb - liseyin 10 - cu sinif şagirdi 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ