Günahlarımız...
Tarix: 23-02-2024, 18:37
Baxılıb: 3 670
Google+ Paylaş
Tumblr Paylaş

Günahlarımız...

23-02-2024, 18:37

Nəcibə İLKİN
Bir neçə gün öncə bir övladın valideynlərinə, doğmalarına qarşı törətdiyi vəhşi cinayət... Dünən isə bir  məktəbli qızın  başqa məktəbli qıza etdiyi pozğun hərəkət...
Bu cəmiyyətdə nələr baş verdiyini açıq aşkar görürük. Təbii ki, aidiyyatı orqanlar deyək ki, öz işini görəcək. Bəs sabah? Sabah yenə bu hadisənin başqa cürü baş verəcək. Cəmiyyəti bürüyən bu cinayətkar  hadisələrin kökündə nə dayanır? Və bunlar hardan və niyə qaynaqlanır? Gəlin kimdəsə günah axtarmayaq. Günah özümüzdədir. Öz içimizdən, ailəmizdən başlanır hər şey. Valideynin etikadan kənar danışıqları, yersiz davranışları, əxlaqsız hərəkətləri evdə böyüyən övladın hər birisinə öz mənfi təsirini əvvəlcədən göstərir. Yeniyetmə dövrünə çatanda o uşağın hələ məktəbdə, yaxud kənarda özünü necə aparmasının bünövrəsi bax beləcə qoyulur. 
Birinci ailə qanunlarının düzgün olmaması, ikinci isə valideyn nəzarətsizliyi, daha doğrusu məsuliyyətsizliyi. Məsələ budur. Hər şeyi məktəbin üstünə yıxmaq düz deyil. Doğrudur məktəb də məsuliyyət daşıyır, amma tərbiyəsi düzgün olmayan uşağı məktəb çətin tərbiyə edir.
 Hardasa gözdən yayınıb öz bilidiyini edəcək. Necə ki, əlinə qayçı alıb saçını kəsdi, yumurtanı başında sındırdı, alnına isə tərbiyəsiz söz yazdı...Məktəbdə belə şey öyrədilir? Təbii ki, yox.  Məktəb ona təhsil verir, əsas nəzarəti valideyn etməlidir. Əsas da analar. Analar bilməlidir ki, onlar gələcəyə ana böyüdür. Belə valideynlərə,  uşaqlara ictimai qınaq  olmalıdır, öncə. Və vaxtında hər birisi cəzalandırılmalıdır. Başqalarına da dərs olsun. Bu hallara cəmiyyətdə bir də yol verilməsin...Əzilən də, əzən də, onları videoya  çəkən də... Hər birisi valideyni ilə birlikdə ağır cəza almalıdır...
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ