Yeni dövr NƏ VƏD EDİR?
Tarix: 21-02-2024, 18:27
Baxılıb: 3 660
Google+ Paylaş
Tumblr Paylaş

Yeni dövr NƏ VƏD EDİR?

21-02-2024, 18:27

Həqiqəti söyləməyi, obyektiv düşünən hər kəsin etirafı var ki, ölkə ərazisi üzərində tam suverenliyimizi təmin edən Ali Baş komandan azad olunmuş bölgələrdə də prezident seçkiləri keçirmək təşəbbüsü Azərbaycan reallıqlarıdır. 
 Seçkidən 15-20 gün keçməsinə baxmayaraq, dövlət başçımızın ünvanına gələn təbriklər davam edir. Hətta, bəzən bizim maraqlarımıza cavab verməyən bəyanatlar səsləndirmiş Avropa siyasətçiləri də  Azərbaycan Prezidentini təbrik edərək işində uğurlar arulayırlar. Bu dünya aləmində cənab İlham Əliyevin nüfuzunun yüksək olmasından, Azərbaycan xalqının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin ətrafında birləşdiyini sübut etməsinin nəticəsidir. Bu bir daha sübut edir ki, çox əsgəri, silahı, pulu olanlar deyil, çox dostu olanlar qalib gəlirlər. 
Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 10-da ölkənin yerli televiziya kanallarına müsahibə verərkən bildirmişdi ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycanın yeni mərhələyə qədəm qoyması ilə bağlıdır: “Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz... ölkəmizin suverenliyini tam bərpa etmişik və Sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.
 Bəs biz inkişafın yeni dövrünə kimlərlə gedirik? Dost, tərəfdaş ölkələrimizlə. Təkcə Türkdilli Dövlətlər Təşkilatının məlum üzvlərini və Qoşulmama Hərəkatındakı 120 dövlətlərlə yox, bizim çoxlu tərəfdaşlarımız var onlarla bizim Prezidentimiz cənab İlham Əliyevin möhkəm dostluğu, hər zaman Azərbaycanımızın yanında olması buna əsas verir. Həm də Avropa İttifaqının çox dövlətləri ilə güclü iqtisadi əlaqələrimiz var. Bu münasibətlərin yaranmasında cənab Prezidentimizin sözü ilə imzasının bir olması daha çox əsaslıdır. 
"Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır". Bu fikirlər cənab İlhamƏliyevə məxsusdur.
Əminliklə deyə bilərik ki,yeni dövrdə təhsilimizə ayrılan diqqət daha yüksək olacaq və biz də öz sahəmizdə Prezidentimizin fikirlərini yüksək səviyyədə dəstəkləyəcəyik.
Cənab İlham Əliyevə yeni dövrdə Azərbaycanımızın ictimai-siyasi həyatında başladığı işlərində uğurlar arzulayırıq.
 Həmişə sizinləyk!
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ