Yeni Azərbaycan Partiyası niyə və necə yarandı
Tarix: 24-11-2023, 12:00
Baxılıb: 1 796
Google+ Paylaş
Tumblr Paylaş

Yeni Azərbaycan Partiyası niyə və necə yarandı

24-11-2023, 12:00

1990-cı il yanvarın 20-də Bakıda sovet qoşunları tərəfindən törədilən qanlı hadisələrin səbəbkarı olan SSRİ və Azərbaycan rəhbərliyini növbəti gün Moskvadakı daimi nümayəndəliyə gələrək açıq formada ittiham edən Heydər Əliyev sonrakı günlərdə Kremlin ciddi təzyiqləri altında öz doğma vətəninə - Azərbaycana qayıtdı.

Ayaz Mütəllibov hökuməti ona Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun 22-də, yəni, Moskvadan qayıtdıqdan cəmi iki gün sonra paytaxtı tərk edərək Naxçıvana üz tutdu. 1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisi təşəbbüs göstərərək Heydər Əliyevi həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan MSSR Ali Sovetinə deputat seçdi. 
Mütəllimov hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsi olaraq gündən-günə kəskinləşən, vətəndaş müharibəsinə sürüklənən vəziyyəti, milli fəlakəti hamıdan qabaq duyan və bunun qarşısın almağı qarşılarına məqsəd qoyan bir qrup vətənpərvər ziyalı 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciət ünvanladı. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün xalqı, sağlam düşüncəli bütün qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi ümumxalq partiyasının yaradılması və ona rəhbərlik etməsi məsələsinə münasibət bildirməyi Heydər Əliyevdən xahiş edirdilər. Respublikada gündən-günə kəskinləşən və getdikcə daha da fəlakətli vəziyyət alan daxili ictimai-siyasi və milli vətəndaş qarşıdurması fonunda Azərbaycanı canı qədər sevən bir lider olaraq Heydər Əliyev əlbəttə ki, çoxsaylı ölkə ziyalılarının, geniş xalq kütlələrinin tələblərini cavabsız qoya bilməzdi. 
Heydər Əliyevin qurub-yaratdığı və demək olar ki, bütün geniş iclas salonlarını inşa etdiyi Bakı şəhərində onun adı ilə yaradılan partiyaya qurultay keçirməyə yer və imkan verilmədi. Odur ki, ölkənin dörd bir yanından Naxçıvan şəhərinə axışan ziyalılar, partiya qurucuları soyuq və şaxtalı 21 noyabr günündə Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilatı təsis etdilər. Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda xalqın tələbi ilə ümumxalq partiyasının sədri, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyyət ətrafında səfərbər edilərək Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər.

Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ