Qardaşlığın dönməzliyinin təsdiqi
Tarix: 9-06-2023, 09:30
Baxılıb: 1 218
Google+ Paylaş
Tumblr Paylaş

Qardaşlığın dönməzliyinin təsdiqi

9-06-2023, 09:30

Azərbaycanla Türkiyə arasında tarixi münasibətlər hər iki dövlətin həm siyasi, həm də iqti­sa­di maraqlarına əsaslanır. Böyük tarixi şəxsiyyətlər – Mustafa Kamal Paşa Atatürk də, Heydər Əliyev də bu münasibətləri qardaşlıq münasibəti adlandırırdı və bu, indi özünün yeni tarixi və gərəkli mərhələsindədir. Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu kəlamlar Şuşa Bəyannaməsində də ifadə olunub.

Türkiyədə seçkilər Azərbaycanda da böyük siyasi həssaslıqla izlənildi və bu siyasi tədbirdə də Azərbaycan Türkiyə ilə nəfəs-nəfəsəydi...

İkinci Qarabağ mharibəsində Türkiyə Azərbaycanın yanında idi. 2020-ci il noyabrın 10-da tarixi Zəfər qazanıldı. Bu Zəfərlə Azərbaycan qədər Türkiyə də qürur­landı.

2021-ci il iyun ayının 15-də Azərbaycanla Türkiyə aarsında tarixi Bəyannamə imzalandı. Həm  də Şuşa şəhərində. Bu Bəyannamə Şuşa Bəyannaməsi kimi tarixləşdi.  Bu Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin başlanğıcı oldu.

Azərbaycanla Türkiyə arasında müttəfiqlik bu Bəyannamə ilə daha da genişləndi.

İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik oldu. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.

Türkiyə dövlətinin Şuşa şəhərində konsulluğu açıldı.  Bu, hər iki ölkə vətəndaşlarının, iş adam­larının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə zəmanətdir. Bu, eyni zamanda, işğaldan azad edilən rayonların qısa müddətdə yenidən qurula­ca­ğına inamdır. Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərə­fi də var. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Həm də türkiyənin azərbaycana münasibətinni səviyyəsi haqqında siyasi, diplomatik bir mesajdır.

Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda dövlət rəsmiləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxundu. Bu tədbir Azərbaycanın dünyəvi dövlət olduğunun, Türkiyə ilə qardaşlığının dönməzliyinin təsdiqi kimi tarixləşdi...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ