REAL və DAVAMLI SƏRVƏT
Tarix: 2-06-2023, 18:44
Baxılıb: 1 174
Google+ Paylaş
Tumblr Paylaş

REAL və DAVAMLI SƏRVƏT

2-06-2023, 18:44

Tarixi mənbələrə görə, “Naxçıvan” ”Nəqş-i cahan”, yəni ”dünyanın naxışı”, “dünyanın bəzəyi” sözlərinə uyğun gəlir. Digər versiyaya görə “Naxçıvan” toponimi Nuh peyğəmbərlə,  ”dünya tufanı” ilə bağlı olub, ”Nuhçuvan” - “Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı” deməkdir.

Naxçıvan sakinləri illərdir blokada şəraitində, çətinliklərə mətanətlə sinə gərmişdilər.

Tarixi qələbəmizdən sonra Ali Baş Komandanın qətiyyətilə Zəngəzur dəhlizinin açılacağı gün yaxınlaşmaqdadır. Bu hadisə Naxçıvanımızın inkişafında mühümm rol oynayacaqdır.

Naxçıvan yaxın gələcəkdə Qafqazın ən inkişaf etmiş, iqdisadi , elm və mədəniyyət mərkəzlərindən biri olacaq.

Yeri gəlmişkən Şuşa və Naxçıvanın elm və mədəniyyət mərkəzinə çevrilməsinin  çöx əhəmiyyətli mənaları vardır.

Naxçıvanın təbii sərvətləri, turizm potensialı, bərəkətli torpaqları, sərvət sayılacaq unikal iqlimi, flora və faunası,  geosiyasi mövqeyi və xüsusilə zəhmətkeş, intellektual potensiallı, vətəpərvər insanları vardır.

Təssəvür etdiyimiz Naxçıvanı qurmaq üçün bu 30 ildə müxtəlif səbəblərdən Naxçıvanı tərk edib Türkiyəyə, Bakıya və s. Yerlərə köçmüş insanların böyük bir hissəsinin geri qayıtmasına şərait, maraq yaratmaq lazımdır.

Çox sadə misal: Əkinçilik təcrübəsi olan zəhmətkeş bir insan üzüm əkib - becərsə özünə, ölkəyə faydalı olar, ya Bakıda taksi sürsə, Türkiyədə fəhlə işləsə?

Elə bu düstur digər rayonlara da aiddir. Kəndlərimiz güclənməli, yenidən yaşamaq, qurmaq, yaratmaq yerinə dönməlidir.

Nə edlir edilsin, hansı islahatlar, quruculuq və s. olsun, insan amili ən real inkişaf, güc, qüdrət göstəricisidir.

Bir ölkənin , yerin- yurdun ən qiymətli, davamlı bə real təbii sərvəti vətəndaşları, camaatıdır.

Bu sözlər Qarabağa, Şərqi Zəngənzura "Böyük Qaydış" proqramına da aiddir.

Naxçıvana da Böyük Qaydış olmalıdır və bu Azərbaycanımızın qüdrəti, inkişafı üçün olduqca önəmlidir.

Naxçıvanda birinci mərhələdə mükəmməl suvarma sistemi yaradılmalı, üzümçülük, üzümçülük yenə də üzümçülük təsərrüfatı yaradılmalıdır. Üzüm emalı zafodları tikilməlidi.

Sistemli və ixtisaslaşmış təsərrüfata keçilməlidir. Pərakəndə, " kim nə gəldi əksin" əkinçiliyə son qoyulmalıdır.


Azərbaycanımızın daha güclü, firavan olması üçün  məntiqli, elmi əsaslı ideyalara söykənən çoxillik proqramlar qəbul edilməli, hər kəs qolunu, qıçını çırmayıb öz sahəsində həm özünə, həm ölkəyə fayda verməlidir.

Telefonu, şounu, boş- boş danışmağı qırağa atmalıdır.

Hər gün 10 milyon faydanı üst- üstə gəlib, 365- ə vuranda 1 ildə nələr, nələr deməkdir...


Sadiq Qarayev

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ