20-04-2023, 21:23

Ədib İSAOĞLU
İcra Hakimiyyətinə sahibkarlıq məqsədi ilə torpaq sahəsi üçün müraciət olunur və həmin əkin üçün yararsız olan torpaq sahəsi məsləhət görülərək sənədlərinin hazırlanması üçün icraçılara göstəriş verilir. Əlbətdə bu işdə rəhbərliyə təşəkkür etmək olar, di gəl ki qardaş ətrafdakı çörək qazana bilməyən ondan-bundan "danons" verənlər buna  mane olmağa çalışırlar.Əslində icranın səlahiyyətlilərini də qınamaq olmaz. Axı hər gün onlarla insan müraciət edir icra hakimiyyətinə. 
Elə bilirsiniz şikayyətçilərin qulağına tüstü vermək asandır? Biri "astra" siqaretinin tüstüsünü qəbul edir, digəri "Vinçhester" siqaretinin, biridə dirəşir ki, bə mənim "malbiro" tüstüsündən xoşum gəlir. Di gəl bu şikayyətçiləri idarə elə. Adam yezid vay deyəndə, arada bir imam vay da deyər.
 Ay qardaş elə şikayyətçilərdə var ki, İcranı su yolu ediblər. Biri hər gün gəlib İcranı məzzəmmət edir ki, siz nətəri hökümətsiz ə, qonşunun qarğaları gəlib mənim ağaclarıma qonur və   məni bezdirir. Digəri gəlir ki, bə qonşu "sputnik"-ni çevirib  bizə tərəf, mən evdə nə edirəmsə, qonşu məni görür təcili çarə edin. Bir digər (vətən xaini zamanında postu erməniyə verib qaçan) yığır başına bir neçə nəfər böhtançı şərbazları, yollayır icraya ki, bə siz o filan sahibkara verəcəyiniz ərazini ona verməyin verin mənə, mən həmin yerdə İrandan gəlmiş qaçaq siqaret satım. Həəə əsl həngamədə başlayır bundan sonra. Rəhbər də "qarğalar"nan, "sputnik"lərin qulağına qəlyan tüstüsü verəndən sonra, dayanir sahibkarın üstündə. İcra başlayır sahibkarı get-gələ salmağa ta o vaxta qədər ki, bu qarğa sevərləri başa salsınlar ki,  qarğadan-zaddan bir xeyir yoxdur, bu gün iş yerləri açılmalıdır. 
Ta nə başınızı ağrıdım gərək bu dünyada çörək verən olmayasan, çörək oğrusu olasan ki səni sevələr. Deyəcəyim odur ki, demokratiya yalan palan uyduran şikayyətçiyə qulaq asmaq deyil,  əksinə böhtan və şər atan şikayyətçini cəzalandırmaq lazımdır ki, dövləti boş-boş şikayyətlərlə məşğul edənlərin  sayı azalsın. Demokratiya sahibkara dəstək olmaqdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ