Möcüzə HƏKİMİ
Tarix: 27-03-2023, 08:29
Baxılıb: 2 513
Google+ Paylaş
Tumblr Paylaş

Möcüzə HƏKİMİ

27-03-2023, 08:29


    Əczəxanaya gözü yaşlı balaca bir uşaq daxil olur, və əlindəki 5-10 qəpik pulu satıcıya uzadıb deyir:
    - Əmi, al bu pulu mənə möcüzə ver.      
    - Bala, o nə olan şeydir?  
    - Əmi, anam xəstədir, həkim dediki, bunu yalnız möcüzə qurtarar. Xahiş edirəm mənə möcüzə verəsiniz.
Kənarda dayanıb balacaya qulaq asan adam, uşağın göz yaşını silib başını sığalladı.
    - Gəl balaca, pulunu qoy cibinə gedək sizə, birdə mən sənin ananı ziyarət edim.
Uşaqla ananı ziyarət edən adam sən demə möcüzənin özü imiş. Həmin möcüzə adam, professor cərrah həkim imiş. Və beləliklə ananı öz hesabına əməliyyat edir və beləcə MÖCÜZƏ Həkim ananı həyata qaytarır.
    Belə möcüzə həkimlərdən biridə hər kəsin sevimlisi və ümüdi Əli həkimdir. Əli həkim haqqında bir xatirəni sizinlə bölüşürəm. 
Bir gün dostum Tofiqlə Əli həkimə bir qonaqlıq vermək fikrinə düşdük. Məsələ burasında idi ki, Əli həkimə tez-tez zəng gəldiyi üçün dostumla məsləhətləşdik ki, həkimin telefonunu səssizə alaq, həkim süfrədən yarımçıq qalxmasın. Bunu bilən həkim dostumuz Əli, bizdən qəşəngcənə incidi.
    - Xahiş edirəm mənim telefonumla işiniz olmasın çünki, o telefon heç bir xəstənin üzünə bağlı olmayıb.
    Çoxlarını təmannasız, öz hesabına müalicə edən Əli həkimin doğum günüdür. İndi siz deyin belə vətənpərvər həkimi təbrik etməmək olarmı?
Əziz Əli həkim sizi bütün sevənləriniz adından təbrik edir, ulu tanrının verdiyi ömrü xoşbəxt yaşamağı arzu edirik. Ulu tanrı sizə can sağlığı versin ki, sizdə həmişə xalqımızın, bizim kimi kasıbların sağlamlığının keşiyində durasınız. Doğum gününüz mübarək olsun kasıbların MÖCÜZƏ HƏKİMİ!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ