Təhsilimizi xəyanətkarlardan xilas edək!
Tarix: 6-03-2023, 09:00
Baxılıb: 3 511
Google+ Paylaş
Tumblr Paylaş

Təhsilimizi xəyanətkarlardan xilas edək!

6-03-2023, 09:00

Ədib İSAOĞLU
    Kömək edin, tez yetişin, ay dövlətimin baş bilənləri təhsilimiz can verir, ölmək üzrədir. İndi yetişməsəniz, canı boğazında olan təhsilimizi XİLAS etmək mümkün olmayacaq . Onsuzda elə xəstəliyə düçar ediblər ki, yazıq təhsilimiz on illərlə sağalmaz .
    Ay təhsil nazirliyinin və TQDK-nın papaqsız bəyləri, kəlayğızız xanımları, sizin məktəblərdəki təhsildən xəbəriniz varmı? Sizin xəbəriniz varmı 1-ci sinifdən, 11-ci sinifə qədər, hər kəs elə ixtisası üzrə sinif müəlliminin yanına hazırlığa gedir? Niyə nəzarət etmirsiniz ki, o müəllim elə həmin dərsi məktəbdə desin. Burda suç müəllimlərin deyil, yenədə sizlərindir. Axı müəllim yaxşı maaş alsa, (yəni millət vəkilindın artıq olmasada onun qədər) yəqindir ki, canla başla, həvəslə və sevə-sevə dərsini deyər. Xəbəriniz varmı hazırlığa gedən şagirdlərin hamısı kor olur? Siz araşdırma aparmasanızda, hazırlığa gedən gələcəyimiz olan şagirdlərin savadını mən bir azacıq araşdırdım,. Təsəvvür edin ki, gələcəyimizi göz görə-görə məhv edirlər.
    Yaxşı oxuyan uşaqları həmişə çox sevmişəm.Ona görə də hazırlıqda yüksək bal toplayan bir tanışımın nəvəsiylə maraqlandım. Qarşılaşdığım mənzərə məni dəhşətə gətirdi. Hansı fənni yaxşı oxuduğunu soruşdum, mənə Azərbaycan tarixi kitabını gətirdi. Kitabın ilk səhifəsində bir neçə başlığın işarələndiyi görsənirdi. "Səfəvi dövləti", "Şah Abbas", "Şah Qacar", "Nadir Şah".
    - Bunları yaxşı oxuduğun üşün işarələyibsən? Deyə soruşdum. Aldığım cavab məni şok etdi.    
    - Yox əksinə biz bunları oxumuruq ona görə ki, bunlar testə düşmür.
Təsəvvür edirsinizmi hansı fəlakətlərlə qarşı-qarşıyayıq. Gələcəyimiz olan şagirdlərə keçmişimiz olan şanlı tariximizi öyrətmək istəmirlər. Böyük Azərbaycan imperiyası qurmuş Şah babamız Xətaini, Hindistanı məğlub etmiş cəngavər Nadir Şahımızı, və yaxud da İran adlı bölgəni idarə etmiş Türk Şahlarımız kimin gözünü çıxardır ki, testlərə salınmır? Yetmədimi farsa erməniyə xidmət etməyiniz? Və yaxud açın məktəbə qədər uşaqların dərsiklərini. Açın və mat qalın. 6 yaşlı uşaq hərfləri tam öyrənməmiş, sait-samitin qalın-incəsini soruşurlar. Elə mürəkkəb tapşırıqlar verirlər ki, nəinki şagird, heç müəllimin özüdə bəzən tapşırığı çətinliklə həll edir . Bu qədər xəyanət olarmı?
    Bir milləti məhv etmək istəyirsənsə, onu savadsızlaşdırmaq kifayyətdir. Gəlin mübarizə aparaq təhsilimizi xəyanətkarlardan xilas edək.
 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ