Bu sarsıdıcı fəlakətdə MEDİAnın araşdırmasına ehtiyac olmamalıdır
Tarix: 14-02-2023, 11:30
Baxılıb: 2 525
Google+ Paylaş
Tumblr Paylaş

Bu sarsıdıcı fəlakətdə MEDİAnın araşdırmasına ehtiyac olmamalıdır

14-02-2023, 11:30

Türkiyədə baş verən zəlzələnin ağır nəticələri hər kəsi sarsıtdı.
 Qeyri-rəsmi məlumata görə, dağıntılar altında 10 minlərlə insan qalıb. Havanın dəhşətli soyuq olması, dağıntıların çox olması xilasediciləri ləngidir.
Bu dəhşətli zəlzələnin baş verməsində əlbətdə günahkarlar var, buna medianın xoşagəlməz şərhlər verməsi isə heç də xoşagələn deyil.
Əsas ittiham subyekti tikinti şirkətləri olmalıdır ki, buna da dövlət tərəfindən reaksiya verilib və veriləcək. Bu sarsıdıçı fəlakətin MEDİAnın araşdırmasına ehtiyac olmamalıdır.
Qəhrəmanmaraşda 6 fevral 2023-cü il, saat 4:17-də baş verən 7,4, ardınca isə 7,7 ballıq zəlzələlərin davametmə müddəti 80 - 100 saniyə davam edib ki, bu da dağıntıların çox olmasına gətirib çıxarıb. 
Belə bir məsəl var dağlar yerin divarlarıdır, sütunlarıdır, zəlzələ dalğası dağ köklərinə dəyib dayanır.
Türkiyənin zəlzələ baş verən ərazisi düzənlikdir, ona görə həddən artıq böyük sahəyə yayılıb, yollar darmadağın olub.
Hər bir dövlət bu fəlakətin aradan qaldırılması üçün əlindən gələni etməlidir. Bu faciədə TÜRKDİLLİ DÖVLƏTLƏRİN köməyinə böyük ehtiyac var.
Azərbaycan dövlətinin, ayrı-ayrı təşkilatların, bütövlükdə Azərbaycan xalqının Türk qardaşlarımıza etdiyi fiziki, mənəvi, maddi yardımlar ölçüyə gəlmir, bu bizim bir Türk dövləti olaraq təmannasız borcumuzdur və bu həmişədə belə olacaq. Biz həm xoş gunumüzdə, həm də dar günümüzdə bir yerdəyik.
Düşmənin əlinə düşən bu təbii fəlkətdən istifadə etməyə imkan verməyək!
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ