Allah xalqımızı sortlardan qorusun
Tarix: 14-01-2023, 21:28
Baxılıb: 2 379
Google+ Paylaş
Tumblr Paylaş

Allah xalqımızı sortlardan qorusun

14-01-2023, 21:28

Sadiq Qarayev
Xaricdə- Oksfordda, Harvardda kimlərin övladları oxuyur? Zənginlərin. Onlar necə zəngin olub? Əksəriyyəti əyri yolla! Belə olan halda, xaricdə oxuyanların müxtəlif sahələrdə irəli çəkilməsi ilə hansı əyri işi düzəltmək olar? Ümumiyyətlə, praktikada belə hal müşahidə edilib? Və guya ki, onlar xaricdə gecə- günüz elm öyrəniblər? Bəs bizim ali təhsil müəssisələrmiz nə işlə məşğuldu? Belə çıxır ki, kasıbın, sadə vətəndaşın övladı ancaq ŞƏHİD olmaq üçündür??
Uzun sözün qıssası, vətəndaşları partiyalara, regionlara, qruplara bölmək binar məntiqin məhsuludur, primitiv yanaşmadır.
Xalqı bütov görmək, bilik, bacarıq, dövlətə və xalqa bağlılıq, təmiz mənəviyyat meyarları əsas götürülməlidir.
Hələ bir qrup da vardır ki, onlar üçün oxumağa yola düşəndən iş yeri hazırlanır, ərazilər "təbii yolla nişanlanır", digər qrupda 100- 150 vəzifəsi olan, "vəzifədən pəndəm olanlar" yer alır.
Bir qəribə qrup da vardır ki, tayfalıqca, baldızının qızının əmi nəvəsinin kirvəsi də iş başında, vəzifədə olurlar. Sanki bunlarsız günəş çıxmaz və ya xüsusi istedadlı genlərə sahibdirlər. Əslində süni sortlardır.
Təbii ki, bütün bunlar dövlətçiliyimizə, inkişafımıza mane olan hallardır.
Biologiyada təbii və süni seçmə anlayışları vardır. Təbii seçmə nəticəsində mövcud şəraitə uyğun, davamlı növlər, süni seçmə zamanı isə məqsədyönlü əlamətlərə malik sortlar meydana çıxır...
ALLAH xalqımızı sortlardan qorusun.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ