Azərbaycan qazı 12 ölkəyə ixrac olunur ki, onlardan 10-u Avropa ölkəsidir:
AvroMedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
“Yeni əməkdaşlıq sahəsi isə enerjidir. Hazırda Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan arasında bu istiqamətdə birgə layihə icra olunur. Bu layihəyə başqa Avropa ölkələri də qoşulmaq istəyir”, – o qeyd edib.
Vurğulanıb ki, Mərkəzi Asiyada istehsal olunun “yaşıl enerji”nin Azərbaycan üzərindən Avropaya çatdırılması da bu layihənin tərkib hissəsi ola bilər. Bu istiqamətdə də əməli addımlar atılır.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur