Meyvə-tərəvəzə kənd təsərrüfatı məhsullarına təlabat ilin bütün fəsillərində çox olur. Həkimlər də məsləhət bilir ki, xüsusilə məhsulun bol olduğu aylarda orqanizmdə vitamin deposunu yaratmaqda fayda var.
Bəs bazarda meyvələrin qiymətləri necədir?
AvroMedia.az xəbər verir ki, elə məhsullar var ki, mövsüm dəyişikliyi onların qiymətinə təsir etmir. Yaz gəldiyi üçün bir çox meyvələrin qiymətləri münasibdir. Amma nar və mandarin kimi meyvələr artıq tükəndiyi üçün nisbətən qiymət artımı müşahidə olunur.
Satıcıların sözlərinə görə, qarpızın qiyməti bir kiloqramı 2 manat, bananın kiloqramı isə 3 manata, şaftalı, gavalı kimi meyvələrin bir kiloqramı 25-40 manat arası dəyişir.
“Sezona uyğun qiymətlər enir. Quba almaları 6-8 manat, portağal 5-6 manat olur. Mayın 15-dən sonra qiymətlər enəcəyi gözlənilir. Çiyələk 5-10, göyçə 60-100 manata təklif olunur. Alıcılar isə satıcılardan fərqli olaraq qiymətlərin baha olduğunu bildirirlər”.
Qeyd edək ki, bazara tək yerlilər yox, turistlər də axın edir. Onlara meyvə ilə yanaşı qiymətlər də cəlb edir.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur