Hazırda manatın məzənnəsi Mərkəzi Bankın və Dövlət Neft Fondunun (SOFAZ) müdaxilələri sayəsində sabit qalır. SOFAZ-ın aktivləri 2024-cü ilin oktyabr ayına qədər 10% artaraq 61.6 milyard ABŞ dollarına çatıb.
AvroMedia.az xəbər verir ki, uzunmüddətli perspektivdə manatın məzənnəsində dəyişikliklərin ola biləcəyi ehtimal olunur.
“ING Bank”ın proqnozlarına görə, 2027-ci ildən başlayaraq manatın məzənnəsi tədricən 1.75-1.80 AZN/USD səviyyəsinə qədər zəifləyə bilər. Dollar qarşısında 1,90 azn və daha artıq zəifləməsi hələlik proqnoz edilmir.
Manatın məzənnəsinin sabit qalması üçün əsas amillərdən biri neft qiymətləridir. Əgər neftin qiyməti büdcədə nəzərdə tutulmuş 50 ABŞ dollarından aşağı düşərsə, manatın məzənnəsinə təzyiqlər arta bilər.
ABŞ dollarının məzənnəsinə gəldikdə isə, son məlumatlara əsasən, ABŞ Dollar İndeksi (DXY) 2025-ci il martın 26-da 104.3095 səviyyəsindədir ki, bu da əvvəlki ticarət sessiyasına nisbətən 0.12% artım deməkdir.
Nəticə etibarilə, qısamüddətli perspektivdə Azərbaycan manatının məzənnəsi sabit qalsa da, uzunmüddətli dövrdə xarici amillər və neft qiymətlərindəki dəyişikliklər manatın dəyərinə təsir göstərə bilər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi