Qızıl sürətlə bahalaşır, 3000 dollara çata bilər
Tarix: 8-03-2025, 09:45
Baxılıb: 2 896
Google+ Paylaş
Tumblr Paylaş

Qızıl sürətlə bahalaşır, 3000 dollara çata bilər

8-03-2025, 09:45

Əgər ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrini kəskin şəkildə azaldarsa və dollar indeksi zəifləyərsə, qızılın bahalaşması qaçılmaz olacaq. Çünki dolların dəyəri düşəndə, qızılın qiyməti artır. Hazırda isə investorlar FES-in qərarlarını yaxından izləyirlər.
“Qızılın dəyəri bir çox amillərdən asılıdır. Xüsusilə, qlobal iqtisadi və geosiyasi qeyri-sabitlik dövrlərində investorlar daha çox qızıla yönəlirlər ki, sərvətlərini qoruya bilsinlər. Hazırda dünyada iqtisadi qeyri-müəyyənlik davam edir, müharibələr və maliyyə bazarlarındakı dalğalanmalar qızıla olan tələbi artırır”, - o bildirib.
Natiq Cəfərli hesab edir ki, yaxın aylarda qızılın qiymətinin yüksəlməsi mümkündür:
“Əgər qızılın unsiyası 3000 dollar səviyyəsinə çatsa, müəyyən müddət ərzində orada sabit qala bilər. Qlobal iqtisadi mənzərədən asılı olaraq qiymətlərdə daha çox artımın müşahidə olunması mümkündür”.
Qeyd edək ki, dünya bazarında hazırda qızılın bir unsiyası 2,663.30 dollaradır.
Azərbaycan bazarında isə qızılın 1 unsiyası 4,868.6810, 1 qramı 156.53 manatadır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ