Azərbaycanda unun topdansatışı ilə məşğul olan “ATS MİLL” MMC qiymətləri artırıb.
AvroMedia.az xəbər verir ki, şirkət unun topdansatış qiymətini 0,1 manat artırıb.
Belə ki, istehsalçı şirkət hazırda 50 kq-lıq un kisəsini 27,20 manata təklif edir. Bu günədək isə 50 kq-lıq un kisəsinin satış qiyməti 27,10 manat təşkil edirdi.
Fevralın 3-nə olan məlumata görə, digər un istehsalçıları isə topdansatış qiymətini dəyişməyib.
Qeyd edək ki, fevral ayının 1-dən etibarən marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni çəkidə, yeni qiymətə – 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunmağa başlayıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi