Avro əskinaslarının dizaynı 23 ildən sonra ilk dəfə dəyişdiriləcək.
AvroMedia.az “The İndependent”ə istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankı əskinaslar üçün yeni dizayn axtarır.
Bankın İdarə Heyəti avro əskinaslarının dizaynı üçün “Avropa mədəniyyəti” ilə “Çaylar və quşlar” mövzularına əsaslanan motivləri qısa siyahıya alıb.
“Avropa mədəniyyəti” motivi ortaq mədəni ərazilər və elit avropalıları əhatə edəcək.
Əskinasların ön tərəfində yer alacaq elit avropalılar arasında “Nobel” mükafatı laureatı alim Mari Küri, alman bəstəkar Lyudviq van Bethoven, yunan opera müğənnisi Mariya Kallas, ispan yazıçı Miqel de Servantes, avstriyalı fəal Berta fon Zutner və heykəltəraş Leonardo da Vinçi var.
Əskinasların arxa tərəfində festival, kitabxana, universitet və ya digər mədəni tədbirlərin təsvirləri olacaq.
Avropa Mərkəzi Bankı bu il müsabiqəni açıq elan edəcək və dizaynı 2026-cı ildə seçəcək. Yeni əskinaslar yalnız bir neçə ildən sonra dövriyyəyə buraxılacaq.
Qeyd edək ki, avro 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi