Azərbaycan və İranın 10 milyardlıq hədəfi...
Tarix: 23-01-2025, 08:30
Baxılıb: 2 206
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan və İranın 10 milyardlıq hədəfi...

23-01-2025, 08:30

İran və Azərbaycan arasında 5 illik perspektiv çərçivəsində ticarət dövriyyəsinin illik 10 milyard dollara yüksəldilməsi hədəf götürülə bilər.
AvroMedia.az  xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət üzrə çox yaxşı imkanlar var.
F.Sadiq deyib ki, İranın hazırkı hökuməti iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi və maneələrin aradan qaldırılmasına çalışır.
"Ümid edirik ki, iki ölkə arasında nəqliyyat, gömrük, neft, qaz, su, elektrik, prefernsial ticarət, investisiya sahələrində yeni əməkdaşlıq qapıları açılacaq və iki ölkə əlaqələri maksimum inkişaf edəcək", - deyə o qeyd edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ