Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında dəyişiklik edib.
AvroMedia.az xəbər verir ki, qərara əsasən, bu Qərarda göstərilən subsidiyanın daşıyıcılara (təchizatçılara) ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılan subsidiya hesabına “SOCAR PETROLEUM” QSC tərəfindən təmin edilsin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə hər il dövlət büdcəsinin tərtibi zamanı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müvafiq məbləğdə subsidiya nəzərdə tutulsun.
Dövlət Neft Şirkətinə tapşırılıb ki, bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtləri müəyyən etsin.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası