Suriyada 13 illik vətəndaş müharibəsi başa çatdı, Bəşər Əsəd rejimi devrildi. Müxalifətin nəzarətində olan ölkədə yeni hökumət qurulub və azad bazar iqtisadiyyatına keçid planları müzakirə olunur. Lakin ölkənin rəsmi valyutası olan Suriya lirəsi rekord dərəcədə dəyərdən düşüb.
AvroMedia.az xəbər verir ki, hazırda 1 dollar 13.100 Suriya lirəsinə bərabərdir. Bu isə dövlət qulluqçularının maaşlarına ciddi təsir göstərib:
Minimum əmək haqqı: 92.970 SYP (təxminən 7,1 dollar)
Ən yüksək dövlət qulluqçusu maaşı: 150.000 SYP (təxminən 11,45 dollar)
Suriya lirəsinin dəyərsizləşməsi nəticəsində ölkədə türk lirəsinə keçid sürətlənib. Dəməşqin Əməvi meydanında keçirilən nümayişlər zamanı vətəndaşların Suriya lirəsini yandırdığı görüntülər diqqət çəkib.
Suriya lirəsinin böyük dəyər itkisi xüsusilə 2020-ci ildə ABŞ-ın tətbiq etdiyi Sezar sanksiyaları ilə əlaqələndirilir. Ölkədə dolların və türk lirəsinin üstünlük təşkil etdiyi iqtisadi mühitdə gələcək idarəetmə və iqtisadi sistemin necə olacağı ilə bağlı qeyri-müəyyənlik davam edir.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb