VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev devalvasiya məsələsinin yenidən gündəm gəlməsi, 1 dolların 2 manat olacağı barədə məlumatlara münasibət bildirib.
AvroMedia.az xəbər verir ki,R.Quliyev Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanın bütün makro iqtisadi göstəriciləri müsbətdir, iqtisadi artım, valyuta ehtiyatları yüksəkdir.
“Bütün bunlar şayiədir. 70 milyarda qədər ümumi qızıl valyuta ehtiyatlarımız var. Xarici ticarət saldomuz müsbətdir. Bu sahədə də heç bir ehtiyac yoxdur. Dövlətin bu məsələdə mövqeyi həmişə birmənalı olub ki, imkan daxilində, valyuta ehtiyatlarımıza ümumi problem yaranmayanda məzənnəni stabil formada saxlayacağıq. Biləsiniz ki, devalvasiya olandan sonra inflyasiyanın özünü də cilovlamaq çox çətindir. Bizdə müəyyən qədər inflyasiya 4-7% arasındadır, təxminən, 5%-ə qədər olmalıdır. Bu da böyük bir amildir. Buna görə də şayiələrə inanmaq lazım deyil. Təsəvvür edin, bütün valyuta auksionlarında valyuta satışa çıxarılır, 60-75%-ə qədər satılır, qalanı isə xəzinəyə qayıdır. Bu o deməkdir ki, valyutaya o qədər də ehtiyac yoxdur. İstənilən makro rəqəm götürülsə, görərik ki, iqtisadiyyat, maliyyə durumlarımız kifayət qədər stabildir, inkişafdadır. Buna görə də devalvasiyaya heç bir ehtiyac, dövlət marağı yoxdur”, – deputat bildirib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur