Azərbaycan iqtisadiyyatı 4,3 % böyüyüb
Tarix: 14-05-2024, 13:44
Baxılıb: 2 667
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan iqtisadiyyatı 4,3 % böyüyüb

14-05-2024, 13:44

2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38 milyard 181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ÜDM istehsal olunub.
AvroMedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,7 % artıb.
ÜDM istehsalının 40,3 %-i sənaye, 9,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 6 %-i tikinti, 3,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 20 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 %-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 748,1 manata bərabər olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ