5 qəpiklik metal pul nişanları yeniləndi
Tarix: 25-09-2023, 10:15
Baxılıb: 1 511
Google+ Paylaş
Tumblr Paylaş

5 qəpiklik metal pul nişanları yeniləndi

25-09-2023, 10:15

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxılıb.

AMB-dən verilən məlumata görə, yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub.

Pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq saxlanılıb.

Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ