Hazırda dünyanın bir çox ölkələrində dizel yanacağı qıtlığı yaşanır. Dizel yanacağı ehtiyatları tarixinin ən aşağı səviyyəsinə enib. Ehtiyatların hazırkı səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər və enerji məhsulunun qiymətini kəskin arta bilər.
Bəs ölkəmizdə dizelin qiyməti arta bilərmi?
Metbuat.az "Trend"ə istinadən bildirir ki, enerji məsələləri üzrə ekspert İlham Şaban Amerika və Avropada dizel yanacağının qiymətində artım olduğunu deyib:
"Lakin bunun ölkəmizə heç bir aidiyyəti yoxdur. Hazırkı vəziyyətdə Azərbaycanda dizelin qiymətinin bahalaşması gözlənilmir".
Ekspert qeyd edib ki, Azərbaycan dizel yanacağını idxal etmir.
"Bu yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir", - deyə o qeyd edib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb