Taksi fəaliyyəti üçün yeni dövlət rüsumları: Fəaliyyətə icazə 3 min...
Tarix: 16-06-2023, 22:13
Baxılıb: 2 490
Google+ Paylaş
Tumblr Paylaş

Taksi fəaliyyəti üçün yeni dövlət rüsumları: Fəaliyyətə icazə 3 min...

16-06-2023, 22:13

Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir.
Teleqraf.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsumun 3 min manat olması təklif edilir.
Bundan başqa, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat olacaq.
Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-muntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə 75 manat rüsum ödəniləcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ