Banqladeş Rusiyadan atom elektrik stansiyasının tikintisinə görə aldığı 318 milyon dollarlıq kredit borcunu Çin yuanı ilə ödəyəcəyini açıqlayıb.
Bu barədə “Washington Post” qəzeti məlumat verib. Bildirilir ki, Banqladeş Maliyyə Nazirliyinin İqtisadi Əlaqələr Bölməsinin iclasında Rusiya AES-in borcunu yuanla ödəmək qərara alınıb. Borc hissələrlə Moskvaya ödəniləcək. Məlumata görə, qərar Rusiya ilə Banqladeş arasında ödəniş problemini aradan qaldıracaq. Tərfələr bir ildir ödənişlə bağlı razılığa gələ bilmirdi. Cənubi Asiya ölkəsi Ukrayna müharibəsi səbəbilə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və SWIFT əməliyyatlarının qarşısının alınması səbəbindən Moskvaya ödəniş edə bilmirdi.
Banqladeş Mərkəzi Bankının sözçüsü Mezbaul Haque, Rusiyaya ödənişin yuanla olub-olmayacağı ilə bağlı suala, “Yuan da valyuta ehtiyatımızın bir hissəsini təşkil edir. Bu bir seçimdir” - deyə cavab verib.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb