Avropa Liqasının qalibi məlum oldu
Tarix: 21-05-2026, 08:17
Baxılıb: 2 821
Google+ Paylaş
Tumblr Paylaş

Avropa Liqasının qalibi məlum oldu

21-05-2026, 08:17

UEFA Avropa Liqasında mövsümün qalibi müəyyənləşib.

AvroMedia.az xəbər verir ki, final matçında “Aston Villa” ilə “Frayburq” üz-üzə gəlib.

Həlledici qarşılaşmada İngiltərə təmsilçisi rəqibini İstanbulda 3:0 hesabı ilə məğlub edib. Bununla da “Aston Villa” Avropa Liqasının qalibi adını qazanıb.

“Aston Villa”ya kuboku gətirən qolları 41-ci dəqiqədə Yuri Tilemans, 45-ci dəqiqədə Emiliano Buendia və 58-ci dəqiqədə Morqan Rocers vurublar.

“Frayburq” isə finala qədər irəliləsə də, həlledici oyunda İngiltərə klubuna uduzaraq turniri ikinci pillədə başa vurub.

Beləliklə, "Aston Villa" 30 ildən sonra ilk dəfə kubok qazanıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ