İngiltərənin “Aston Villa” və Almaniyanın “Frayburq” klubları futbol üzrə Avropa Liqasının finalına yüksəlib.
AvroMedia.az xəbər verir ki, yarımfinal mərhələsində “Aston Villa” İngiltərənin “Nottingem Forest” komandasını mübarizədən kənarlaşdırıb.
İlk oyunda səfərdə 0:1 hesabı ilə məğlub olan komanda cavab görüşündə rəqibini 4 cavabsız qolla darmadağın edib.
“Frayburq” isə Portuqaliyanın “Braqa” klubunu üstələyib. Almaniya təmsilçisi ilk matçda səfərdə 1:2 hesabı ilə uduzsa da, doğma meydanda 3:1 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 20-də İstanbulda keçiriləcək. Görüşə “Beşiktaş”ın ev stadionu ev sahibliyi edəcək.
Məlumata görə, “Aston Villa”nın baş məşqçisi Unai Emeri karyerasında altıncı dəfə Avropa Liqasının finalında iştirak edəcək.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb