Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yarışı başa çatıb.
AvroMedia.Az xəbər verir ki, Azərbaycan millisi son gündə 3 gümüş və 3 bürünc medal qazanıb.Sadiq Məmmədov (-73 kq), Ayxan Həsənli (-81 kq) və Ömər Axundov (-90 kq) ikinci yeri tutublar.
Amin Mehdiyev, Yaqub Məmmədov (hər ikisi -81 kq) və Ruslan Kazımov (+90 kq) isə bürünc mükafat əldə ediblər.
Xatırladaq ki, daha əvvəl Nihad Ağayev (-50 kq), Fərid Xudiyev (-55 kq) qızıl, İbrahim Talıbov (-55 kq), Sunay Salamova (-40 kq) gümüş, İlkin Qarayev (-66 kq), Pərvin Sevxanlı (-44 kq) və Nərmin Ağamirzəzadə (-52 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, aktivində 2 qızıl, 5 gümüş və 6 bürünc medal olan Azərbaycan millisi turniri 35 ölkə arasında ümumi komanda hesabında üçüncü pillədə başa vurub. Oğlanların mübarizəsində isə Azərbaycan millisi birinci olub.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb