Aprelin 17-19-u aralığında Bakı keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku, "AGF Trophy" beynəlxalq turnirində 40-dan çox ölkə iştirak edəcək.
AvroMedia.Az xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Gimnastika Federasiyası yayıb.
Milli Gimnastika Arenasında baş tutacaq turnirə neytral idmançılar da qatılacaqlar.
Azərbaycan təmsilçiləri ilə yanaşı, Aruba, Avstriya, Braziliya, Bolqarıstan, Kosta-Rika, Kipr, Misir, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Qvatemala, Macarıstan, Hindistan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Meksika, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Moldova, Rumıniya, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Suriya, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan və Venesuela gimnastları bacarıqlarını göstərəcəklər.
Üç gün davam edəcək bu yarışda gimnastlar həm ayrı-ayrı alətlər üzrə, həm də çoxnövçülük proqramında öz ustalıqlarını sərgiləyəcəklər.
Ənənəyə sadiq qalaraq, yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup komandası xüsusi "AGF Trophy" kubokuna layiq görüləcək

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb