Türkiyəli FIFA hakimi Arda Kardeşler “Trabzonspor” – “Qaziantep FK” matçında verdiyi qalmaqallı qərardan sonra yaranan gərginliyin ardından aktiv karyerasını başa vurub.
AvroMedia.Az xəbər verir ki, 38 yaşlı referinin istefasına sözügedən qarşılaşmada “Trabzonspor”un potensial qol vəziyyətini “zərbənin səhv yerdən vurulması” bəhanəsi ilə dayandırması səbəb olub.Qeyd edək ki, bu qərar həm idman ictimaiyyəti, həm də TFF prezidenti İbrahim Hacıosmanoğlu tərəfindən sərt tənqidlərlə qarşılanıb və nəticədə Kardeşlerə uzun müddət oyun tapşırılmayıb.
Xatırladaq ki, hakimlik fəaliyyətinə son qoyan A. Kardeşlerin karyerasını bundan sonra harada davam etdirəcəyi müzakirə mövzusuna çevrilib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb