Cüdoçularımız mübarizəyə başlayır
Tarix: 7-02-2026, 13:11
Baxılıb: 6 577
Google+ Paylaş
Tumblr Paylaş

Cüdoçularımız mübarizəyə başlayır

7-02-2026, 13:11

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə başlayacaqlar.

AvroMedia.Az xəbər verir ki, ilk yarış günündə üç idmançı tatamiyə çıxacaq.
Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Kim Hvasu (Cənubi Koreya) - Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Nazir Talıbov eyni raundda Migel Qaqo (Portuqaliya) - Erbol Abasbekov (Qırğızıstan), Ruslan Paşayev (hər ikisi 66 kq) Yusuf Nurkoviç (Monteneqro) - Bence Ponqrats (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ