AFFA Azərbaycan futbolunun beynəlxalq imicini artırmaq məqsədi ilə FIFA ilə lisenziya müqaviləsi imzalayıb.
AvroMedia.Az xəbər verir ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir.Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, Yüksək Qızlar Liqasının hər turdan seçilmiş iki matçı, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.
Qarşılıqlı razılaşma əsasında əlavə yarışlar da daxil edilə bilər.
Seçilmiş məzmun Azərbaycan futbolunun beynəlxalq rəqəmsal mövcudluğunu daha da gücləndirmək və AFFA-nın qlobal əhatə dairəsini genişləndirmək səylərini dəstəkləmək üçün FIFA-nın rəsmi yayım xidməti olan FIFA+-da təqdim oluna bilər.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb