AKAF iclas keçirdi
Tarix: 14-01-2026, 12:01
Baxılıb: 2 831
Google+ Paylaş
Tumblr Paylaş

AKAF iclas keçirdi

14-01-2026, 12:01

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları üzrə hesabat xarakterli iclası keçirilib.

AvroMedia.Az xəbər verir ki, əvvəlcə baş katib Fərhad Əliyev maliyyə hesabatını və ötən il ərzində federasiya tərəfindən həyata keçirilmiş layihələrin, qazanılmış nəticələrin hesabatını təqdim edib.
Daha sonra iclasın gündəliyində yer alan digər məsələlər müzakirəyə çıxarılaraq bir sıra qərarlar qəbul olunub.

Belə ki, Federasiyanın Hakimlər Kollegiyası yaradılıb və İlqar Tağıyev kollegiyaya sədr seçilib.
Bundan başqa, Aleksandr Jukovskinin kanoe üzrə yığma komandaya baş məşqçi vəzifəsinə təyin edilməsi təsdiqlənib.
Həmçinin akademik avarçəkmə üzrə yığma komandanın baş məşqçisi Volodimir Morozovun növbəti Olimpiya dövrü üçün fəaliyyətinin davam etdirilməsinə qərar verilib.
Daha sonra federasiyaya yeni üzvlər seçilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ