Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
AvroMedia.az xəbər verir ki, o, Rumıniyada ÇFR və Portuqaliyanın “Braqa” komandaları arasında keçiriləcək III təsnifat mərhələsinin ilk matçını idarə edəcək.
Ədalət təmsilçisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da ispan Sezar Soto Qrado, AVAR-da Alexandro Munyis Ruis əyləşəcək.
Qeyd edək ki, avqustun 7-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb