“Qarabağ”ın futbolçusu Abdullah Zubir avrokuboklarda 100-cü oyununu keçirib. 33 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) cavab görüşünə (1:0) təsadüf edib.
AvroMedia.az PFL-ə istinadən xəbər verir ki, o, qitə kuboklarında 2018-ci ildə debüt edib. Zubir avrokuboklarda yalnız “Qarabağ”ın formasını geyinib. Yarımmüdafiəçi Çempionlar Liqasında 34, Avropa Liqasında 50, Konfrans Liqasında 16 matça çıxıb.
O, bu görüşlərdə vurduğu 14 qolla Azərbaycan klublarının ən yaxşı bombardiridir. Zubir klublarımızın heyətində 100 və daha çox avrokubok oyunu keçirən ilk legionerdir. Ona qədər yalnız üç futbolçu “100”ü arxada qoyub. Bunlar Maksim Medvedev, Qara Qarayev və Rəşad Sadıqovdur.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb