Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.
AvroMedia.az xəbər verir ki, bu barədə izləyicilərə müvafiq bildiriş təqdim olunub.
Məlumata görə, "Match TV" kanallarının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında" qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.
Qeyd edək ki, "Match TV" 2015-ci ildən yayımlanan Rusiya federal idman televiziya kanalıdır.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb