“Qarabağ”ın futbolçusu mövsümün ən yaxşısı oldu
Tarix: 29-05-2025, 13:03
Baxılıb: 2 651
Google+ Paylaş
Tumblr Paylaş

“Qarabağ”ın futbolçusu mövsümün ən yaxşısı oldu

29-05-2025, 13:03

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. 
AvroMedia.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğu nəticəsində “Qarabağ” klubunun portuqaliyalı yarımmüdafiəçisi Leandro Andrade bu ada layiq görülüb. 
Səsvermədə bu mövsüm 10 iştirakçı komandanın heyətində Azərbaycan Premyer Liqasının oyunlarında çıxış etmiş futbolçulardan 195-i, eləcə də 10 baş məşqçidən 9-u olmaqla, ümumilikdə 204 respondent iştirak edib. 
Onlardan 59-u Leandro Andradeyə səs verib. 
“Zirə”nin Qvineya-Bisaudan olan hücumçusu Salifu Suma 52 səslə ikinci,  Premyer Liqanı tərk edən “Səbail” komandasının yarımmüdafiəçisi Rüfət Abdullazadə 9 səslə üçüncü yeri tutub. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ