21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 26-dan iyunun 9-dək təlim-məşq toplanışında olacaq.
Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 yığması əvvəlcə mayın 26-dan iyunun 2-dək Bakıda, ardınca iyunun 2-dən 6-dək Belarusun paytaxtı Minskdə, daha sonra isə iyunun 6-dan 9-dək yenidən Bakıda hazırlıq keçəcək.
Təlim-məşq toplanışı çərçivəsində millimiz iki yoxlama oyunu keçirəcək. U-21 komandası iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupuna qarşı qüvvəsini sınayacaq. Bu görüşün saatı və keçiriləcəyi stadionla bağlı əlavə məlumat veriləcək.
İkinci sınaq matçı iyunun 8-də Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 yığmasına qarşı baş tutacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb