“Neftçi” Misli Premyer Liqasının XXIX turunda “Şamaxı”nı məğlub edib.
AvroMedia.az xəbər verir ki, Şamaxı şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev vurub. 89-cu dəqiqədə isə Filip Ozobiç fərqi iki topa çatdırıb.
Xallarının sayını 35-ə çatdıran “ağ-qaralar” altıncı pillədə qərarlaşıb. Meydan sahibləri 28 xalla səkkizincidir.
Tura bu gün, saat 18:00-da başlanacaq “Araz-Naxçıvan” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” səfərdə “Sabah”ı, “Qarabağ” evdə “Zirə”ni 1:0 hesabı ilə üstələyib. “Səbail” – “Turan Tovuz” matçında hesab açılmayıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi