“ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən çox sayda ölkəyə təyin edilən gömrük rüsumları NATO-ya təsir etməyəcək”.
Bunu “CBS” telekanalına müsahibəsində NATO-nun Baş katibi Mark Rutte deyib.
“Bunun ayrı-ayrı müttəfiqlərə təsirsiz ötüşəcəyini deyə bilmərəm, lakin bu, alyansa təsir göstərməyəcək”, - deyə Rutte vurğulayıb.
O, həmçinin qeyd edib ki, mümkün ticarət müharibəsi heç bir şəkildə Avropa ölkələrinin müdafiə xərclərinə və onların NATO qarşısında öhdəliklərini yerinə yetirməsinə təsir etməyəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp bir çox ölkələrdən ABŞ-yə məhsul idxalına qarşılıqlı tariflər elan edib. Azərbaycanın da yer aldığı siyahıdakı ölkələr üçün baza səviyyəsində gömrük rüsumları 10 faiz təşkil edir. Bununla belə, Çin üçün bu tarif 34, Tayvan üçün 23, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi