Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk oyunları keçirilir.
Aprelin 23-də baş tutacaq cavab oyunlarına üstün getmək üçün tərəflərin hər ikisi qələbə qazanmağa çalışıb. Lakin buna naxçıvanlılar müyəssər olub.
İlk hissədə “Qarabağ”ın qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən Felipe Santos komandasına qələbə qazandırıb. Bu, çempionatda baş tutmuş 3 oyunda rəqibinə qalib gələn “Qarabağ”ın ilk uğursuzluğu olub. Beləliklə, muxtar respublika təmsilçisi cavab qarşılaşması öncəsi kiçik üstünlük qazanıb.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyun
“Araz-Naxçıvan” – “Qarabağ” 1:0
Qollar: Felipe Santos, 28-p.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu