22-ci turda “Neftçi”yə məğlub olan “Zirə”nin növbəti rəqibi “Sumqayıt”dır.
AvroMedia.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qonaq olacaq “qartallar” oyuna ciddi itkilərlə çıxacaq.
“Neftçi”ylə qarşılaşmanı zədə səbəbindən kənardan izləyən cinah yarımmüdafiəçiləri Junior Martinslə Yusuf Laval bu dəfə də oynaya bilməyəcəklər.
“Ağ-qaralar”la dueldə əsas heyətdə yer alaraq 12-ci dəqiqədə Məqsəd İsayevlə əvəzlənən Ceyhun Nuriyevin durumu da ürəkaçan deyil.
Bir müddət yaşıl meydanlardan uzaq qalacaq yarımmüdafiəçi 23-cü turda şans qazanmayacaq.
Və ən ciddi itki təbii ki, baş məşqçi Rəşad Sadıqovun sevimli futbolçusu Ruan Renatonun adıyla bağlıdır. Sarı vərəqə limitini dolduran braziliyalı müdafiəçi cəzalı duruma düşüb.
Fevralın 15-də keçiriləcək oyun saat 19:00-da başlayacaq. ("Sportinfo")

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi