Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.
AvroMedia.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxacaq.
60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov Kenta Sekimoto (Yaponiya) - Caba Papinaşvili (Gürcüstan) cütünün qalibini, Hüseyn Allahyarov Baxrom Boturovu (Özbəkistan) sınağa çəkəcək.
66 kiloqramda Ruslan Paşayev Nyamrençin Badamraqça (Monqolustan) - Çannyeonq Kim (Cənubi Koreya) duelinin qalibi ilə, Rəşid Yelkiyev Yusuf Nurkoviçlə (Monteneqro) qarşılaşacaq.
73 kiloqram çəkidə yer alan Rəşid Məmmədəliyev Valtteri Olinlə (Finlandiya), Vüsal Qələndərzadə isə Laşa Şavdatuaşvili (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə"də 10 cüdoçu ilə təmsil olunur.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi