Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kristiano Ronaldo unikal nailiyyətə imza atıb.
AvroMedia.az xəbər verir ki, 39 yaşlı hücumçu buna Səudiyyə Ərəbistanı çempionatının 18-ci turunda “Əl-Raed”lə görüşdə iştirak etməklə nail olub.
Sözügedən görüşdə “Əl-Nəsr” 2:1 hesabı ilə qalib gəlib. Komandanın qollarından birini 45-ci dəqiqədə məhz Ronaldo vurub.
Bu görüş Kristianonun klub karyerasında 700-cü qələbəsi olub. Nəticədə o, tarixdə klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu adına yiyələnib.
Portuqaliyalı futbolçu “Sportinq” ilə 13, “Mançester Yunayted”lə 214, “Real”la 316, “Yuventus” ilə 91, “Əl-Nəsr”lə isə 66 dəfə meydanı üstün tərəf kimi tərk edib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur